Müxalifət Paşinyanı hökumət binasına buraxmayacaq - YENİLƏNİB
Etirazçılar paytaxtın mərkəzi meydanına doğru hərəkət ediblər. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub.
Aksiyada bir neçə min nəfər iştirak edib. Nümayişçilər Paşinyanın istefası ilə bağlı şüarlar səsləndirərək, sabah da etirazlara davam edəcəklərini bildiriblər.
Müxalifət funksioneri İşxan Saqatelyan vətəndaşları sabah hökumət binasını bloklamaya, baş nazir Nikol Paşinyanı ora buraxmamağa çağırıb.
Azvision.az
Teqlər: Ermənistan Yürüş