Milli Məclis Avropa Parlamentinə etiraz bildirib |
Bildirilib ki, Peru öz ərazisinə görə dünyanın ən böyük 20 dövləti sırasındadır. Lakin dövlətlərin böyüklüyü yalnız ərazi, iqtisadi, hərbi potensialı deyil, həmçinin beynəlxalq normalara riayət etməsi, haqqın, ədalətin yanında olması ilə ölçülür. Bu baxımdan Peru bizim üçün ən böyük dövlətlərdən biridir. Biz Peru xalqına, dövlətinə hər zaman hörmət bəsləyirik.
Görüşdə iştirakçılara Azərbaycanın 44 günlük Vətən müharibəsi barədə geniş məlumat verilib. Sahib Alıyev Qoşulmama Hərəkatının üzvü kimi Peru dövlətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
Bildirilib ki, Qoşulmama hərəkatına hazırda Azərbaycan rəhbərlik edir. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT-nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Ölkəmiz pandemiya ilə mübarizədə 30-dan artıq dövlətə yardım edib. Eyni zamanda, Dünya Səhiyyə Təşkilatına vəsait ayırıb.
Peru Respublikası Milli Konqresinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Guilermo Alexandro Antonio Aliaga Paxares səmimi görüşə görə təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib. O, Peru xalqının, dövlətinin sülh tərəfdarı olduğunu söyləyib. Bu baxımdan Konqresdə Xocalı soyqırımı ilə bağlı qəbul edilən sənədin önəmli olduğunu qeyd edib.
Söhbət zamanı Peru Konqresinin üzvü Rikardo Burga, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, iqtisadi, humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikirlərini bölüşüblər.
Görüşdə Peru parlamentinin üzvləri Leonardo İnga Sales, Abiud Ramirez də iştirak ediblər.
Azvision.az