İncəsənət Gimnaziyası koronavirusa görə bağlandı

 İncəsənət Gimnaziyası koronavirusa görə bağlandı
  23 Fevral 2021    Oxunub:3418
Respublika İncəsənət Gimnaziyasında əyani tədris dayandırılıb.

Azvision.az xəbər verir ki, təhsil müəssisəsində müəllim və şagirdlər arasında koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb. Bu səbəbdən əyani tədrisin dayandırılmasına qərar verilib.
Məlumata görə, 8 müəllim və bir neçə şagirdin COVID-19 testi müsbət çıxıb. Məktəb 14 gün müddətinə karantinə bağlanıb. Dərslər distant formada davam edəcək.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də koronavirusa yoluxma ilə əlaqədar iki həftəlik bağlanıb.

Azvision.az


Teqlər: Gimnaziya   Koronavirus  





Xəbər lenti