Ukrayna növbədənkənar seçkilərə gedir
Xalqa müraciət edən Viktor Yanukoviç 2004-cü ilin konstitusiyasına geri döndüklərini və bütün əsas hakimiyyət funksiyalarının prezidentdən parlamentə keçəcəyini vurğulayıb. Bundan başqa Yanukoviç yeni etimad hökumətinin formalaşmalı olduğunu vurğulayıb. Bununla belə o, kimlərin bu hökumətdə yer alacağını söyləməyib. Viktor Yanukoviç çıxışında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı heç bir açıqlama verməyib. Avropa Birliyi və müxalifətin əsas tələbi isə məhz bu idi.
Qeyd edək ki, bundan öncə əldə olunmuş razılaşmaya əsasən ölkədə konstitusiya referendumu, növbədənkənar parlament seçkiləri və koalision hökumətin formalaşması nəzərdə tutulurdu. İlkin məlumatlara görə, konstitusiya referendumu 2014-cü ilin sentyabrında baş tutacaq.
Xatırladaq ki, ölkə boyu 77 nəfərin ölümü ilə nəticələnən aksiyalardan sonra fevralın 21-də hökumət, Avropa Birliyi və müxalifət arasında böhrandan çıxmaq üçün 6 saatlıq danışıqlar aparılmışdı.
Vüqar İsmayılov