Parlament “Dostluq” yatağı ilə bağlı sənədi təsdiqlədi

  23 Fevral 2021    Oxunub : 1198
   Parlament “Dostluq” yatağı ilə bağlı sənədi təsdiqlədi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, müzakirələr zamanı sənədin əhəmiyyətində danışılıb və iki ölkə arasında əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Müzakirələrdən sonra memorandum səsverməyə qoyularaq təsdiqlənib.

Qeyd edək ki, sənədə əsasən, “Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənistana nisbətində bölüşdürülür. Memorandumda qeyd edilir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Azərbaycan   Türkmənistan   Memorandum