Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

  23 Fevral 2021    Oxunub : 1054
   Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək
Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Qanuna dəyişiklik III oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Hərbi-xdimət   Möhlət