ASCO gəmilərinə xəbərdarlıq göndərilib

ASCO gəmilərinə xəbərdarlıq göndərilib
  23 Fevral 2021    Oxunub:1741
Fevralın 23-ü günün ikinci yarısından 24-ü axşam saatlarına qədər Xəzər dəniz akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərinə xəbərdarləq göndərilib.
Bu barədə Azvision.az -a ASCO-dan məlumat verilib. Küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki:

- gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun

- həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar

- fırtına gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.

Azvision.az



Teqlər: ASCO   gəmi  





Xəbər lenti