“Minsk qrupu danışıqlar prosesində yeganə formatdır” - Ayvazyan

  23 Fevral 2021    Oxunub : 1042
“Minsk qrupu danışıqlar prosesində yeganə formatdır” -  Ayvazyan
Ermənistan tərəfinin mövqeyi dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədrliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınan yeganə formatdır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan parlamentdə çıxışı zamanı bildirib.

O, Ermənistanın danışıqlar prosesinin bu formatını dəstəkləməyə davam edəcəyini deyib.

"Biz bölgədə, ilk növbədə, mandatının məzmununu, xüsusən də sülh prosesinin irəliləməsini təmin edə biləcək güclü həmsədrlik görməyi gözləyirik", - deyə Ayvazyan söyləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Minskqrupu