Qadınların pensiya yaş həddi yenidən 6 ay artırılacaq

 Qadınların pensiya yaş həddi yenidən 6 ay artırılacaq
  23 Fevral 2021    Oxunub:1863
“2021-ci ilin iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən 6 ay müddətinə artırılacaq”.

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov bildirib.
O qeyd edib ki, pensiyada yaş həddinin mərhələli şəkildə hər il 6 ay artırılması prosesi 2017-ci ildən həyata keçirilir:

“Kişilər üçün pensiya yaşı 65-dir və bu proses tamamlanıb. Hazırda qadınların pensiya yaşı 62 yaşdır. Bu proses hər il 6 ay artırılmaqla 65 yaşa çatdıqda tamamlanacaq. Bu ilin iyul ayında qadınlar üçün pensiya yaşı yenidən altı ay artırılacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Pensiya   Qadın  





Xəbər lenti