Sürücüləri ən çox narahat edən cərimə ləğv edildi
Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
346-cı maddə dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.
Dəyşiklik III oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Anar Kəlbiyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


