İmperator Azərbaycanla əlaqələri gücləndirməyi tapşırıb - Səfir

 İmperator Azərbaycanla əlaqələri gücləndirməyi tapşırıb -  Səfir
  23 Fevral 2021    Oxunub:1588
Bu gün Yaponiya imperatoru Naruhitonun 61 yaşı tamam olur.
Azvision.az xəbər verir ki, bu münasibətlə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada müraciətlə çıxış edib.

Səfir bildirib ki, imperatorun fəaliyyətində xarici ölkələrlə dostluq əlaqələrinin genişləndirilməsi vacib yer tutur: “Əlahəzrət imperator özü müxtəlif ölkələrə səfərə gedir, Yaponiyaya gələn xarici liderləri qarşılayır, habelə xarici səfirləri qəbul edir, xarici ölkələrə Yaponiyanın səfirlərini göndərir. Mən də ötən il imperator tərəfindən Azərbaycanla Yaponiya arasında dostluq əlaqələrinin daha da gücləndirilməsi üçün tövsiyə aldım. İmperatorun sözlərini unutmadan çalışıram", - deyə səfir müraciətində bildirib.

Xatırladaq ki, Yaponiyada imperatorun doğum günü rəsmi bayram kimi qeyd edilir.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yaponiya  





Xəbər lenti