Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı istiqamətində gedən döyüşlərdə 3 medalla təltif olunan Səmədov Nurlan Famil oğlu isə İnzibati işlər şöbəsində işlə təmin edilib.
Hesablama Palatası BNA ilə bağlı Baş Prokurorluğa müraciət edəcək |
Ali Baş Komandanın sərəncamı ilə “Zəngilanın işğaldan azad olunmasına görə”, "Qubadlının işğaldan azad olunmasına görə” və “Cəbrayılın işğaldan azad olunmasına görə” medallarına layiq görülən İbrahimov İbrahim Tərlan oğlu da eyni şöbədə fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, Vətən Müharibəsi zamanı Bakı Nəqliyyat Agentliyinin 19 əməkdaşı Şanlı Ordumuzun sıralarında şücaət göstərərək torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib.
Azvision.az