Milli Qəhrəmanlardan 11-i Hərbi Liseyin məzunudur

 Milli Qəhrəmanlardan 11-i Hərbi Liseyin məzunudur
  23 Fevral 2021    Oxunub:1839
Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 12 mindən çox məzun bitirib.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov deyib.

Onun sözlərinə görə, liseyin 20-dən artıq məzunu general rütbəsinə çatıb.

General-mayor bildirib ki, Azərbaycanın Milli Qəhrəmanlarından 11 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfər isə hərbi liseyin zabiti olub:

“Bu qəhrəmanların adları Azərbaycanın hərb tarixinə əbədi həkk olunub”.

Azvision.az


Teqlər: Hərbi-lisey   Məzun   General   Milli-Qəhrəman  





Xəbər lenti