“Sağlamlığımız üçün vaksinasiya vacibdir” - Partiya sədri

  23 Fevral 2021    Oxunub : 1093
 “Sağlamlığımız üçün vaksinasiya vacibdir” -  Partiya sədri
Koronavirus bütün dünya üçün böyük təhlükədir. Sağlamlığımızı qorumaq üçün vaksinasiya olunmaq vacibdir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. O bildirib ki, gələcəkdə görüləcək böyük işlərin öhdəsindən gəlmək naminə vaksinasiya vacibdir.

"Həvəslə bu işi görməliyik və siyasi partiyalar burada nümunə olmalıdır. Peyvənləmə vətəndaşların sağlamlığını qorumaq üçün edilir. Prezident İlham Əliyevə təşəkkür edirik ki, rahat şəkildə peyvənd olunmağımız təmin edilir”.

Qeyd edək ki, bu gündən ölkədə siyasi partiyaların nümayəndələrinin vaksinasiyasına başlanılıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Vaksinasiya   Siyasi-partiyalar