Partiya sədrindən vətəndaşlara peyvənd çağırışı

Partiya sədrindən vətəndaşlara peyvənd çağırışı
  23 Fevral 2021    Oxunub:1337
55 yaşım var, indi vaksinasiya olundum. Özümü yaxşı hiss edirəm.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan İslahatlar Partiyasının sədri Arzuman Əlizadə deyib. O bildirib ki, partiyadan 4 nəfər bu gün vaksinasiyaya cəlb olunub.

"Bir ildən artıqdır ki, gözəgörünməz düşmənlə üz-üzəyik. Koronavirus dünya düzənini dəyişib. Vaksinin əldə olunması böyük nailiyyətdir və Azərbaycan ilk ölkələrdəndir ki, peyvəndi kütləvi tətbiq edir. Biz də siyasi partiyalar olaraq bunu təbliğ etməyə qoşulduq", - deyə partiya sədri vətəndaşları vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti