20 gündə 225 şagird koronavirusa yoluxub

 20 gündə 225 şagird koronavirusa yoluxub
  23 Fevral 2021    Oxunub:2459
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib.

Azvision.az




Teqlər: Şagird   Koronavirus  





Xəbər lenti