“Qarabağda turizm şirkətləri fəaliyyət göstərəcək” - Dövlət Agentliyi

“Qarabağda turizm şirkətləri fəaliyyət göstərəcək” -  Dövlət Agentliyi
  23 Fevral 2021    Oxunub:1886
İşğaldan azad edilmiş ərazilərdə olacaq bələdçilərlə bağlı işlərə başlanılıb və onlara artıq 4 təlim keçirilib. Bu təlimlərdə Qarabağın müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. O bildirib ki, təlimlərdə Qarabağın mətbəxindən tutmuş ayrı-ayrı rayonların spesifik xüsusiyyətlərinə qədər müzakirələr aparılıb.

“Lakin bu, hələlik başlanğıcdır. Hesab edirik ki, bundan sonrakı mərhələdə daha çox işlər görülməlidir. Turizm marşrutları hazır olduqca, həmin marşrutlar istiqamətində ayrıca bələdçilərin işlənib hazırlanması ehtiyac yaranacaq. Yalnız bələdçilər deyil, turizm şirkətləri də bununla bağlı məlumatlandırılmalıdır ki, onlar orada turizm xidmətləri təşkil edə bilsinlər. Yəni bu, uzunmüddətli strategiyadır.

Qarabağın azad edilməsi hamını sevindirir. Lakin ora həyatın bərpa olunması üçün hazırlıq işlərinə ehtiyac var. Bu, bir qədər zaman alacaq. İnanıram ki, digər işlərdə olduğu kimi burada da işlər sürətlə aparılacaq. Bizim orada bələdçilərimiz, turizm şirkətlərimiz olacaq. Orada iqtisadiyyatın vacib sahələrindən biri turizm olacaq və bu istiqamətdə hazırlıq işləri gedir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Bələdçi  






Xəbər lenti