“Bu gün baş verənlər soyqırımdır” - Saakaşvili

“Bu gün baş verənlər soyqırımdır” -  Saakaşvili
  23 Fevral 2021    Oxunub:1908
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Vahid Milli Hərəkat”ın rəhbəri, millət vəkili Nika Meliyanın həbsindən sonra müxalifətin hakimiyyətə qarşı mübarizəsini qələbəyədək aparacağına söz verib.
Azvision.az -ın məlumatına görə, bu barədə sabiq prezident “Facebook” hesabında bildirib.

Xatırladaq ki, bu gün Nika Meliya partiyanın baş ofisində həbs edilib, bundan sonra müxalifət yeni etiraz dalğasının başladığını elan edib.

“Biz hər cür siyasi mübarizə metodundan istifadə etməyi öyrənməliyik. Özümüzü və cəmiyyəti müdafiə etməyi öyrənməliyik. Mübarizəmizi mütləq qələbəyə aparmalıyıq və buna tamamilə əminəm!", - Saakaşvili əlavə edib.

O, bu gün baş verənlərin "soyqırım" olduğunu, Gürcüstan hakimiyyətinin ölkəni tamamilə məhv etmək istədiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MixailSaakaşvili  



Xəbər lenti