Ermənilər işə gedən Paşinyanı təhqirlə qarşıladılar - VİDEO

Ermənilər işə gedən Paşinyanı təhqirlə qarşıladılar -  VİDEO
  23 Fevral 2021    Oxunub:2329
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistan müxalifəti aksiya keçirərək baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasını əngəlləməyə çalışıb.
Azvision.az xəbər verir ki, əraziyə gətirilən minlərlə polis müxalifətin qarşısını alıb, etirazçılar istəklərinə nail ola bilməyiblər.

Hökumət binasına yaxınlaşan Paşinyan mühafizəçilərin müşayəti ilə ehtiyatlı şəkildə Respublika Meydanından keçərək gedib. Etirazçı kütlə onu ağır söyüşlərlə qarşılayıb.

Aksiya iştirakçıları “Vətən xaini”, "Nikol satqındır", "Anadan türk doğulan" və bu kimi şüarlar səsləndiriblər. Paşinyan buna məhəl qoymayaraq, yoluna davam edib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Meydan   Müxalifət  



Xəbər lenti