Peyvənd olunan siyasətçilərlə bağlı açıqlama: “Heç bir əks-təsir olmadı”

 Peyvənd olunan siyasətçilərlə bağlı açıqlama:  “Heç bir əks-təsir olmadı”
  23 Fevral 2021    Oxunub:2193
Bu gün 22 siyasi partiya üzvləri koronavirusa qarşı peyvənd olunmaq üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına dəvət olunub.
Bunu Azvision.az -a açıqlamasında xəstəxananın həkim-terpevti Ellada Hətəmzadə deyib. O bildirib ki, vaksinasiyadan keçən şəxslərin hər biri əvvəlcədən könüllü şəkildə müraciət edib, şəffaflıq təmin olunub.

“Partiya üzvlərinin hər biri peyvənd olundu, onlar özlərini yaxşı hiss edirlər, heç bir əks-təsir olmadı. Ümumiyyətlə, bu vaksində yan təsirlər çox az olur. Əsasən yaşlı insanlarda bir az halsızlıq olur. Bu da müəyyən müddətdən sonra keçir”.

Qeyd edə ki, bu gündən Azərbaycanda siyasi partiya nümayəndələrinin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti