Ermənistanda yenə aksiya keçirilir

Ermənistanda yenə aksiya keçirilir
  23 Fevral 2021    Oxunub:1725
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında parlament aparatının sabiq rəhbəri Ara Saqatelyanın həbsi ilə bağlı etiraz aksiyası keçirilir.
Azvision.az xəbər verir ki, aksiya iştirakçıları Saqatelyanın sərbəst buraxılmasını tələb edirlər.

Xatırladaq ki, Saqatelyan və daha 3 nəfər Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Onlar "Facebook"da saxta hesablar vasitəsilə baş nazir Nkol Paşinyanı sərt tənqid və təhqir etməkdə günahlandırılır.

Hüquq-mühafizə orqanları müxalifətçilərə qarşı hərbi vəziyyət müddətində senzura qaydalarını pozmaq ittihamını irəli sürüb. Daha sonra Saqatelyan barədə məhkəmədə həbs qətimkan tədbiri seçilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti