Ayvazyan istefası barədə danışdı

 Ayvazyan istefası barədə danışdı
  23 Fevral 2021    Oxunub:1859
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan istefası barədə yayılan xəbərlərə münasibət bildirib.
Azvision.az erməni KİV-lərə istinadla xəbər verir ki, XİN başçısı bu məlumatları nə təkzib, nə də təsdiq edib.

"Kifayət qədər aktiv rejimdə işləməyə davam edirəm", - Ayvazyan istefası ilə bağlı suala cavabında deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl erməni mediası XİN rəhbərinin istefa ərizəsi yazdığı barədə xəbərlər yayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AraAyvazyan  





Xəbər lenti