Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə görüşdü

Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə görüşdü
  23 Fevral 2021    Oxunub:2445
Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının baş katibi Bağdad Amreyevlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Türk Şurası məlumat yayıb.

Tərəflər beynəlxalq və regional gündəliyin prioritet məsələlərini, o cümlədən bu il mart ayının sonunda keçirilməsi planlaşdırılan Türk Şurası zirvə görüşünə hazırlıq işlərini müzakirə ediblər.

Qeyd edək ki, bu gün Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ceyhun-Bayramov  



Xəbər lenti