Moskva meri arvadından boşanır

Moskva meri arvadından boşanır
  21 Fevral 2014    Oxunub:1150
Sergey Sobyanin və xanımı İrina Sobyanina ayrılmaları barədə açıqlama veriblər.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Sobyanin bu barədə mətbuata rəsmi məlumat verib.

“Biz İrina ilə ayrılmaq qərarına gəlmişik və bizim ortaq qərarımızdır. Biz bir-birimizə hörmət edirik və xoş münasibətlərimizi saxlayırıq. Anlayış qarşılanacağımıza ümid edirik və şəxsi həyatımıza hörmət edəcəyinizi gözləyirik”- deyə Sobyanin məlumat verib.

Cütlüyün iki qız övladının olduğu bildirilir. 2010-cu il oktyabrın 21-dən Moskva meri seçilən Sergey Sobyanin yaxın 5 ildə bu vəzifəsini icra edəcək.

Xatırladaq ki. Rusiya siyasi dairələrində ən məşhur boşanma qərarı 2013-cü il iyunu 6-da açıqlanmışdı. O zamanlar Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lyudmila Putina ayrıldıqlarını bildirmişdilər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti