Ərdoğan Rəşid Meredovu qəbul edib

Ərdoğan Rəşid Meredovu qəbul edib
  23 Fevral 2021    Oxunub:1644
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Azvision.az xəbər verir ki, görüş Türkiyə Prezident sarayında baş tutub.

Qeyd edək ki, fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü keçiriləcək.

Ərdoğan bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu da qəbul edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RəşidMeredov  





Xəbər lenti