Müharibədə zərər çəkmiş daha 5 min ailəyə yardım veriləcək

   Müharibədə zərər çəkmiş daha 5 min ailəyə yardım veriləcək
  23 Fevral 2021    Oxunub:2079
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən ilkin yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, indiyə qədər ilkin siyahı üzrə 5914 ailəyə ilkin yardım verilib. Bu siyahıdan yalnız xaricdə olanlar və sənədləri düzəliş prosesində olan vətəndaşlar qalıb.

Əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Hökumət  





Xəbər lenti