Ölkə üzrə koronavirusa yoluxma statistikası

   Ölkə üzrə koronavirusa yoluxma  statistikası
  23 Fevral 2021    Oxunub:2690
Azərbaycanda bölgələr üzrə COVID-19 virusuna yoluxma statistikası açıqlanıb.

Azvision.az koronavirus.info saytına istinadən xəbər verir ki, ölkə üzrə ən yüksək yoluxma Bakı şəhərinin payına düşür. İndiyədək yoluxma hallarının 52.3 faizi paytaxtda qeydə alınıb.
Digər bölgələrə gəlincə, yoluxma göstəricisi Aranda 13.2 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faiz təşkil edir.

Bundan əlavə, Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz olub.

Azvision.az


Teqlər: Koronavirus   Yoluxma  





Xəbər lenti