Rusiya MN Kəlbəcərlə bağlı açıqlama yaydı

 Rusiya MN Kəlbəcərlə bağlı açıqlama yaydı
  24 Fevral 2021    Oxunub:1633
Rusiya sülhməramlı kontingenti növbəti humanitar yük karvanını Dağlıq Qarabağ ərazisində müşayiət edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

“Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında yüklərin tranzitini təmin etməyə davam edir.

Sosial obyektlər və yaşayış binalarının enerji və su təchizatı sistemlərinin bərpası üçün 25 hərbi "Kamaz" avtomobili və müşayiətedici nəqliyyat vasitələrindən ibarət kalon Kəlbəcər bölgəsinə 180 tondan çox yük çatdırıb. Yük elektrik avadanlığı, beton konstruksiyalar və tikinti materiallarından ibarət olub", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, ötən il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti