Ekspress avtobuslar dayanacaqlarda da saxlayacaq

 Ekspress avtobuslar dayanacaqlarda da saxlayacaq
  24 Fevral 2021    Oxunub:2371
Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilib.

Məlumatda, həmçinin deyilir ki, bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobuslarının sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib.

Azvision.az


Teqlər: BNA   Avtobus  






Xəbər lenti