Rəmişin vəziyyəti yaxşılaşır

 Rəmişin vəziyyəti yaxşılaşır
  24 Fevral 2021    Oxunub:1554
"Xəstəxanaya gətiriləndən sonra Rəmişin vəziyyəti xeyli düzəlib. Evdə müalicələr təsirini göstərmirdi, yoldaşımı itirirdik".
Bunu Azvision.az -a tanınmış gitara ifaçısı, Xalq artisi Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Güllü Hüseynova deyib. Onun sözlərinə görə, musiqiçinin səhhətində irəliləyiş var.

"Reanimasiyadadır, müaicələr öz təsirini göstərir. Xəstəxanaya gətiriləndən Rəmişin vəziyyəti xeyli düzəlib. Evdə az qala onu itirirdik. Yanına daxil ola bilməsəm də, hər gün gedib kənardan baxıb qayıdıram. Danışmır deyə telefon əlaqəsi saxlaya bilmirəm. Gücüm ancaq gecə-gündüz duaya çatır. Rəmişssiz mən necə ola bilərəm?! Onun vəziyyəti yaxşı olanda yaxşılaşıram, pisləşəndə mən də xəstələnirəm".

Qeyd edək ki, səhhəti pisləşən Rəmiş bir neçə gün əvvəl Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. O, oksigen çatışmazlığından əziyyət çəkir, qaraciyərində problem yaranıb. Xalq artistinin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rəmiş   gitaraçı  





Xəbər lenti