Ermənistanda koronavirusa yoluxanların sayı artıb

Ermənistanda koronavirusa yoluxanların sayı artıb
  24 Fevral 2021    Oxunub:2041
Ermənistanda son sutka ərzində 273 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 170 945 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3175-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 808 nəfərdir. Aktiv xəstələrin sayı 4445 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti