“Döyüşə pis hazırlaşmışdıq, müdafiəmiz zəif idi” - Erməni general

“Döyüşə pis hazırlaşmışdıq, müdafiəmiz zəif idi” -  Erməni general
  24 Fevral 2021    Oxunub:3849
Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbi pis təşkilatlanma və idarəetmənin aşağı səviyyədə olması idi.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general Movses Akopyan deyib.
"Biz pis hazırlaşmışdıq və pis döyüşürdük. Hava hücumundan müdafiəmiz də zəif idi", - erməni general bildirib.

Onun sözlərinə görə, müharibənin ilk günlərindən Azərbaycanın hədəfi Şuşa olub.

"Düşmənin Şuşaya necə gəlməsini və onu necə almasını aydınlaşdırmaq lazımdır", - deyən erməni general vurğulayıb ki, indi əsas vəzifə ordunu yenidən təşkil edib, 5-ci nəsil müharibəsinə hazırlaşmaqdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   General  



Xəbər lenti