Musa Yaqub Polad Həşimova şeir həsr etdi

 Musa Yaqub Polad Həşimova şeir həsr etdi
  24 Fevral 2021    Oxunub:2883
“Atamın vəziyyəti normaldır, arada kiçik şeirlər yazır”.
Bunu Azvision.az -a 83 yaşlı Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqubov atasının səhhətindən danışarkən deyib.

O, sevimli şairin Bakıda olduğunu, rayona getmək üçün yaz fəslini gözlədiyini deyib.

“Havalar soyuq olduğundan atamı Bakıya gətirmişik. Mart ayında İsmayıllıya gedəcəyik. Şükürlər olsun ki, vəziyyəti normaldır, arada qısa-qısa şeirlər yazır. Təbindən asılıdır, ilhamı gəlirsə, nəsə qələmə alır. Qarabağın azad olunması ilə bağlı hələ şeir həsr etməyib. Yaşlı adam üçün hər istəyəndə yazmaq asan olmur. General Polad Həşimova həsr olunmuş şeirinə mahnı da bəstələnib. Səhhəti yaxşılaşanda sənətkar ruhu da oyanır. Hər şey bundan asılıdır”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: MusaYaqub  






Xəbər lenti