FHN buzlu yollarla bağlı müraciət yaydı
"Bir daha vətəndaşlarımızı piyada və sükan arxasında olarkən ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar olaraq təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırırıq.
Yolların buz bağlaması
Yolların buz bağlaması – torpağın üstündə, yollarda, səkilərdə ərimiş qarın, yağmış yağış sularının, şehin donması ilə əmələ gələn buz qatıdır. Yolların buz bağlaması, adətən, şaxtalı havada müşahidə edilir. Donmuş buz qatının qalınlığı bir neçə santimetrə çata bilər.
Yolların buz bağlaması zamanı necə hərəkət etməli :
hava proqnozunda yolların buz bağlayacağı haqqında məlumatı izləyin;
ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;
ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;
yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;
sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;
yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;
sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin"
Azvision.az
Teqlər: FHN







Vaxtında, Aydın, Lazımlı!


