“Paşinyanın dedikləri onun səriştəsizliyini göstərir” - Rusiyadan “İsgəndər” açıqlaması
İkinci Qarabağ müharibəsi zamanı "İsgəndər"in partlamaması ilə bağlı Paşinyanın açıqlamasına toxunan rusiyalı deputat bildirib:
"Pis rəqqasa ayaqları mane olur. Bu, xalq deyimi Paşinyanın "İsgəndər"in son müharibədə istifadəsi və onların köhnə olmasına dair dediklərini ən yaxşı şəkildə xarakterizə edir. Müharibə və sülh məsələlərini yaxşı başa düşən insanlar bunun 21-ci əsrin ən yaxşı universal əməliyyat-taktiki raket sistemi olduğunu bilirlər. "İsgəndər" Suriyada terrozimlə müharibə dövründə ən yüksək perfomansını təsdiqləyib".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ müharibəsində Azərbaycana qarşı "İsgəndər" əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


