Sınaq imtahanlarına yazılmağa tələsin

Sınaq imtahanlarına yazılmağa tələsin
  27 Mart 2013    Oxunub:1714
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabahdan etibarən aprelin 7-də keçiriləcək sınaq imtahanlarına yazılışın aparılmasına başlayır.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sınaq imtahanlarına yazılış sabah saat 9:00-dan etibarən aparılacaq.

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər.

SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.

Virtual ödəmə kartlarını, həmçinin "Goldenpay", "Azericard" və "Netmoney" kartları vasitəsilə on-line ödəniş həyata keçirməklə əldə etmək mümkündür.


Teqlər:  





Xəbər lenti