Paşinyana qarşı aksiyalara müəllim və tələbələr də cəlb edilir

Paşinyana qarşı aksiyalara müəllim və tələbələr də cəlb edilir
  24 Fevral 2021    Oxunub:1971
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvan Dövlət Universitetinin binasına daxil olublar.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar universitetin müəllim və tələbələrini aksiyaya qoşulmağa çağırıblar.

Etirazçılar "Nikolsuz Ermənistan", "Müəllimlər qoşulun", "Tələbələr qoşulun", - deyə qışqırıblar.

Aksiya iştirakçılarının digər qrupu Ermənistan Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onlara imkan verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Aksiya   Etiraz  



Xəbər lenti