Lavrov sosial şəbəkələrin “ipini yığmağa” çağırdı

 Lavrov sosial şəbəkələrin “ipini yığmağa” çağırdı
  24 Fevral 2021    Oxunub:1588
Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, sosial media platformalarının qeyri-şəffaf siyasəti getdikcə daha çox narahatlıq doğurur və sui-istifadə hallarının qarşısını almaq üçün sosial şəbəkələrin milli və beynəlxalq səviyyədə tənzimlənməsi qaydalarının hazırlanmasına ehtiyac var.
Azvision.az xəbər verir ki, bu barədə Lavrov BMT İnsan haqları Şurasının 46-cı iclasında çıxışı zamanı deyib.

O bildirib ki, sosial media platformalarının öz mülahizələrinə əsaslanaraq istifadəçi kontingentini qadağan edən və ya senzuraya salan, ictimai rəyi açıq şəkildə manipulyasiya edən qeyri-şəffaf siyasətindən narahatlıq artmaqdadır. Bu baxımdan, sosial medianın milli və beynəlxalq səviyyədə tənzimlənməsi qaydalarının hazırlanması vəzifəsi bu cür sui-istifadələrin qarşısını almaq baxımından ön plana çıxır.

Lavrovun sözlərinə görə, bütün vətəndaşlara məlumat əldə etmək azadlığının təminini öz üzərinə götürən dövlətlər əslində tətbiqetmə qabiliyyətlərini sübut etməli və özəl biznesin korporativ qaydaları altında gizlənməməlidirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov  



Xəbər lenti