“Qara baxmayaraq, əhalini su ilə təmin edirik” - Anar Cəbrayıllı

“Qara baxmayaraq, əhalini su ilə təmin edirik” -  Anar Cəbrayıllı
  24 Fevral 2021    Oxunub:2299
Qarlı, şaxtalı, çovğunlu hava şəraitinə baxmayaraq, bizim su mənbələrimiz, anbarlarımız, hidrotexniki qurğularımız, magistral kəmərlərimiz normal iş rejimində çalışır və əhalini içməli su ilə təmin edirik.
Bu barədə Azvision.az -a açıqlamasında "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

O deyib ki, su sayğaclarında donmaların olması ilə bağlı 955 nömrəsinə müraciətlər edilir: "Xüsusən həyət evlərində su sayğacları və su xətlərinin donması ilə bağlı müraciətlər olur. Həyət evlərində bir çox hallarda insanlar su xətlərini torpağın üstü ilə çəkirlər, torpağa basdırmırlar, xüsusi izolyasiya etmirlər və belə şaxtalı havalarda problemlər yaradır. Ötən ilin təcrübəsi göstərir ki, problem ən çox həyət evlərində olub və bu ilki zənglər də belədir. Xırda qəzalarımız qeydə alınıb, onların aradan qaldırılması üçün rayonlar üzrə briqadalarımız hadisə yerində işləyirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Su   Şaxta   Qəza  






Xəbər lenti