Solovyov da Paşinyanın açıqlamasını tənqid etdi

Solovyov da Paşinyanın açıqlamasını tənqid etdi
  24 Fevral 2021    Oxunub:2091
Rusiyalı teleaparıcı Vladimir Solovyov Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər" raketlərinin yararsız olması ilə bağlı fikirlərinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, Solovyov əvvəlcə Ermənistanın məğlubiyyətində baş nazirin günahkar olduğunu xatırladıb.

“Nikol Paşinyanın çıxışını dinlədim. İndi silahlarımızın pis olduğu ortaya çıxdı. Erməni xalqının ən böyük faciəsində, alçaldılmasında günahkar olan şəxs təkidlə özündən başqa hamının günahkar olduğunu bildirməyə davam edir. Və budur, indi də ölkə başçısı, ali baş komandan belə danışıb. Sənin 2 ilin var idi, gedib özünə istədiyin silahları alardın", - deyə ikinci Qarabağ müharibəsində ermənipərəst çıxışlar edən rusiyalı jurnalist söyləyib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Salavyov   Paşinyan  





Xəbər lenti