ATƏT PA-da Koncaryanın yalanı ifşa olundu - VİDEO

  24 Fevral 2021    Oxunub : 3094
   ATƏT PA-da Koncaryanın yalanı ifşa olundu -    VİDEO
"Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır"
Azvision.az xəbər verir ki, ATƏT PA-nın bu gün işə başlayan qış sessiyasında erməni nümayəndə heyətinin rəhbəri Hayk Koncaryanın növbəti dəfə Azərbaycana böhtan atmağa çalışaraq müharibə vaxtı guya terrorçulardan istifadə olunması haqqında ittihamına ölkəmizin nümayəndə heyətinin rəhbəri Azay Quliyev sərt cavab verib.



"Ermənistan axırıncı ölkədir ki, anti-terror fəaliyyətindən bəhs edə bilər. Çünki bu dövlət rəsmi şəkildə terroru dəstəkləyən və təşviq edən ölkədir. Ermənistan Azərbaycanda çoxlu sayda terror aktı törədib, indi isə Azərbaycana qarşı yalan məlumatlar yaymaqla məşğuldur.

Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt terrorçuları hərbi əməliyyatlara cəlb etməyib. Buna heç vaxt ehtiyac olmayıb və bu barədə heç bir sübut da yoxdur. Ancaq, Ermənistanın müharibə vaxtı Azərbaycana qarşı çoxlu sayda muzdluları cəlb etməsi bir faktdır və bununla bağlı kifayət qədər sübutlar var. Lakin Ermənistan döyüş meydanında ağır şəkildə məğlub olduqdan sonra ölkəmiz haqqında bu cür əsassız şayiələr yaymağa başladı.

Bildirmək istəyirəm ki, bu yalanlar Ermənistana heç bir fayda gətirməyəcək. Mən ATƏT PA-nın müvafiq qurumlarını Ermənistanın bu qanunsuz hərəkətlərinə qiymət verməyə çağırıram. Ermənistan nümayəndə heyəti çıxışlarında ehtiyatlı olmalı, yalan məlumat yaymağı dayandırmalı, etik qaydalara və parlament dilinə əməl etməlidir."

Azvision.az

Teqlər: Azay-Quliyev