Fevral ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənildi

   Fevral ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənildi
  25 Fevral 2021    Oxunub:1828
Fevral ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, fevral ayı üzrə bütün növ müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib. Müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Fevral ayı üzrə 550 min nəfərə yaxın vətəndaşa müavinət, təqaüd və kompensasiya ödənilib.

Azvision.az


Teqlər: Fond   Pensiya  





Xəbər lenti