Koronavirusa yoluxanların sayı 113 milyonu keçdi

  25 Fevral 2021    Oxunub : 964
 Koronavirusa yoluxanların sayı 113 milyonu keçdi
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 113 milyon 100 min 697 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 508 min 913 nəfərdir. İndiyədək 88 milyon 722 min 239 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 974 623 nəfər virusa yoluxub, 518 363 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 046 914 yoluxma qeydə alınıb. Onlardan 156 742 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 326 008 nəfərdə virus aşkar edilib. Xəstələrdən 250 079 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 200 902 yoluxma, 84 430 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 144 577 nəfər virusa yoluxub ki, onlardan 121 747-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Statistika