“Rusiya ABŞ üçün təhlükə yaradır” - Amerikalı general

 “Rusiya ABŞ üçün təhlükə yaradır” -  Amerikalı general
  25 Fevral 2021    Oxunub:1654
"Rusiya dünyada sabitliyi pozur və Amerika üçün təhlükə yaradır".
Azvision.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı və NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin komandanı Tod Uolters Hərbi Hava Qüvvələri Birliyinin simpoziumunda deyib.

Onun sözlərinə görə, geniş beynəlxalq qınağa və davam edən iqtisadi sanksiyalara baxmayaraq, Rusiya zərərli hərəkətlər edir: "Dünyada sabitliyi pozmağa yönəlmiş bu hərəkətlərin bir çoxu Avropada həyata keçirilir. Rusiya ABŞ-ın və avropalı müttəfiqlərimizin mövcudluğu üçün təhlükə yaratmağa davam edir".

General əlavə edib ki, Rusiya sovet dövründəki təsir dairəsini qorumağa çalışır və qonşu ölkələri məcbur etmək üçün güc tətbiq edir.

Uolters, həmçinin Moskvanın ABŞ və müttəfiqlərini qorxutmaq, zəiflətmək və parçalamaq məqsədilə özəl hərbi şirkətlər kimi qeyri-ənənəvi alətlərə müraciət etdiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   ABŞ   General  





Xəbər lenti