İrəvanda itaətsizlik aksiyası: Etirazçılar yolları bağladı

 İrəvanda itaətsizlik aksiyası:  Etirazçılar yolları bağladı
  25 Fevral 2021    Oxunub:1964
Ermənistan müxalifəti bu gün səhər saatlarında İrəvanın müxtəlif yerlərində baş nazir Nikol Paşinyanın istefası tələbilə itaətsizlik aksiyasına başlayıb.

Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, "Vətənin xilası hərəkatı"nın tərəfdarları bir neçə küçəni bağlayıb.
Aktivistlər "Nikolsuz Ermənistan" şüarını səsləndirərək həm avtomobillərin, həm də insanların hərəkətini dayandırıblar.

Bənzər aksiyalar paytaxtın digər yerlərində də keçirilib.

“Daşnaksütyun” partiyasının üzvü Qerasim Vardanyanın sözlərinə görə, etiraz aksiyaları Nikol Paşinyan və komandası hakimiyyətdə olduğu müddətdə davam edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Aksiya   Etiraz  





Xəbər lenti