Ermənistanda koronavirusa yoluxma sayı 171 mini ötdü

 Ermənistanda koronavirusa yoluxma sayı 171 mini ötdü
  25 Fevral 2021    Oxunub:1351
Ermənistanda son sutka ərzində 282 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 171 227 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3179-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 809 nəfərdir. Aktiv xəstələrin sayı 4255 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti