“BirBank” vasitəsilə ölkədə ilk dəfə “Mastercard” kartları ilə NFC ödənişlər etmək mümkündür

“BirBank” vasitəsilə ölkədə ilk dəfə “Mastercard” kartları ilə NFC ödənişlər etmək mümkündür
  25 Fevral 2021    Oxunub:1290
Bir müddət əvvəl “Kapital Bank”ın “BirBank” mobil tətbiqində NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə verilib. Bu funksiya vasitəsilə istifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi POS-terminallarda öz smartfonları vasitəsilə həyata keçirə bilirlər.
Azərbaycanda ilk dəfə olaraq bu xidmət artıq “Mastercard” vasitəsilə də mümkün oldu. “Android” istifadəçiləri cəmi bir dəfə “BirBank” mobil əlavəsində NFC ödənişləri üçün “Kapital Bank”ın istənilən “Mastercard” ödəniş kartını əlavə etməklə ödənişi həyata keçirmək üçün sadəcə telefonu POS-terminala yaxınlaşdırmalıdırlar. Məlumat üçün bildirək ki, bu xidmət “Kapital Bank”ın istənilən növ “Mastercard” kartlar üzrə mövcuddur və ən yaxın gələcəkdə “Maestro” tipli kartları üzərində də mümkün olacaq.

Qeyd edək ki, hazırda “iOS” və “Android” əməliyyat sistemləri “BirBank”ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək müştərilərə tövsiyə edir.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqini 2 milyondan artıq istifadəçi “App Store” və “Play Store”dan yükləyib. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, yerində digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və sair.

Daha ətraflı məlumat almaq üçün “www.birbank.az” saytına və ya 196 Məlumat mərkəzinə müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: Kapital-Bank   Birbank  





Xəbər lenti