Deputatlar peyvənd olunurlar- FOTOLAR

   Deputatlar peyvənd olunurlar-   FOTOLAR
  25 Fevral 2021    Oxunub:1561
Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi davam etdirilir.
Azvision.az xəbər verir ki, yanvarın 18-dən start verilən prosesə ilk olaraq risk qrupuna daxil olan şəxslər cəlb edilib.

Hazırda yaşlı insanlar, tibb işçiləri ilə yanaşı digər vətəndaşlar da vaksinasiyada iştirak edirlər. Prosesə könüllü olaraq siyasətçilər, millət vəkilləri və ümumilikdə cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən insanlar qoşulurlar.

Dünəndən başlayaraq Milli Məclisin deputatları vaksinasiyadan keçirlər. Millət vəkili Razi Nurullayev, Ceyhun Məmmədov, Naqif Həmzəyev, Vüqar İskəndərov və digərləri peyvənd olunaraq vətəndaşları prosesdə aktiv iştirak etməyə çağırıblar.









Tural Tağıyev
Azvision.az


Teqlər: Peyvənd   Deputat  





Xəbər lenti