Şentop Azərbaycanın qələbəsindən danışdı: “Mübarizəni dayandırmırıq...”

  25 Fevral 2021    Oxunub : 1859
 Şentop Azərbaycanın qələbəsindən danışdı:  “Mübarizəni dayandırmırıq...”
Xalqının keçmişdə məruz qaldığı xain hücumlara və insanlıqdan uzaq hərəkətlərə baxmayaraq, Azərbaycan 44 günlük Vətən müharibəsində günahsız insanları hədəf almadı. Bununla savaşın da, barışın da mərdcə və beynəlxalq hüquqa uyğun şəkildə aparıla biləcəyini bütün dünyaya göstərdi.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun böyük zəfəri bir daha göstərdi ki, söhbət Vətəndən gedəndə, millətin son fərdi ölənə qədər mübarizəni dayandırmırıq.

"Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da haqlı mübarizəsində sadəcə qardaşlıq duyğuları ilə deyil, insani bir vəzifə olaraq da azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcəkdir".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: MustafaŞentop