Ermənistanın daha 3 hərbçisi fərarilik etdi

 Ermənistanın daha 3 hərbçisi fərarilik etdi
  25 Fevral 2021    Oxunub:1723
Ermənistan ordusunun hərbi qulluqçuları arasında son vaxtlar hərbi xidmətdən yayınma, xidmət yerini özbaşına tərk etmə və məzuniyyətdən qayıtmama halları artmaqdadır.
Azvision.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.

Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin 3 hərbi qulluqçusu hərbi xidmətdən yayınıb. Armavir hərbi komissarlığından hərbi xidmətə çağırılan və manqa komandiri vəzifəsində xidmət edən kiçik çavuş Halbert Msryan fərarilik edib, Vahe Danilyan və Aram Hovanesyan isə məzuniyyətdən qayıtmaqdan imtina ediblər.

Komandanlıq faktlar barədə hüquq-mühafizə orqanlarına məlumat verməsə də, hərbi polis hərbçilərin geri qaytarılması ilə bağlı tədbirlər görməyə çalışır.

Azvision.az


Teqlər: Ermənistan   Ordu   Fərarilik  





Xəbər lenti